Tavanlar

Şüşə Tavan Sistemləri-2022

turkiyede tehsil

Şüşə Tavan Sistemləri iş yerlərinə və evlərə unikal görünüş verən asma tavan sistemlərindən biridir. Şüşə Tavan Sistemlərinin intensiv istifadə səbəblərindən ən vacibi isə sistem sayəsində evlər və binalar günəşin zərərli şüalarından qorunmaqla yanaşı, evlər və binalar daha çox işıq alır. Şüşə tavanlar daha çox kafe və restoranlarda, iri ticarət mərkəzlərində, hovuz və teraslarda istifadə olunur.

Məkanların üst hissəsini örtmək üçün nəzərdə tutulan şüşə tavan sistemlərin konstruksiyası alüminium və metal profillərdən ibarətdir. İstənilən ölçüdə və formada hazırlana bilən şüşə tavan sistemləriin üfüqi günəşdən qoruyucu ekranı bütün üfüqi və maili pəncərələrin istilik alması üçün maneə törədir.

turkiyede tehsil

Şüşə tavan sistemləri müştərilərin sifarişi əsasında temperli, lamina, paket ,şüşə və ya polikarbonatdan hazırlana bilər. Təklif olunan şüşənin materialı isə sadə və ya xüsusi (günəş işığını yüksək dərəcədə əks etdirən və ya istiliyi az keçirmə xüsusiyyətinə sahib) formaya malikdirlər. Şüşə və profillərin rəng və dizayn seçimin müxtəlif çeşiddə və istəkdə olması, onun tətbiq olunduğu məkana daha estetik bir görüntü əlavə etməsinə səbəb olur.

Həmçinin, şüşə tavan sistemləri sabit, motorlu və pultla idarə oluna bilmək funksiyalarınada sahibdir. 100% su keçirməyən şüşə tavan sistemləri müştərilərin seçimləri arasında daha çox üstünlük təşkil edir. Bütün bu məlumatların sonunda şirkətimiz istədiyiniz zaman sizlərə bu xidməti təqdim etməyə hazırdır. Sektordakı təcrübəmiz və yüksək müştəri məmnuniyyətimiz bu baxımdan ən böyük qazancımızdır. Sifariş vermək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Bütün suallarınızı bizə yaza və ya zəng edib soruşa bilərsiz.

WeCreativez WhatsApp Support
Bizim müştəri xidməti suallarınıza cavab verməyə hazırdır. Xahiş edirik sualınızı yazın!
? Salam, necə kömək edə bilərik?