Tavanlar

PVC Tavan Sistemləri-2022

PVC tavanlar digər tavan növləri ilə müqayisədə unikal xüsusiyyətlərə malik olmaqla yanaşı, dekorativ və estetik görünüşə malikdir. PVC asma tavan sistemi tətbiq olunan tavanın yükünü azaldaraq yüngül alternativ sistemdən ibarətdir. Kanallar, borular və ya naqillər kimi bir çox örtülməyi lazım olan sistemlər üçün ideal həlldir. Həmçinin, tətbiq olunduğu yerdə tavanlar qızdırılacaq və ya soyudulacaq ərazi sahəsini daraltmaqla, enerji xərclərini əhəmiyyətli dərəcədə azaltmaq imkanı vardır. Bu baxımdan qeyd etməliyik ki, pvc tavanlar həm də qənaətcildir.

PVC tavan sistemi həmçinin plastik tavan sistemi olaraqda adlandırılır. Müştərilərin plastik tavanları seçmələrinin əsas səbəblərindən biri də, quraşdırıldıqdan sonra onların tamamilə texniki xidmət göstərilməsini tələb etməməsi, nəm və suda təsirlənməməsidir. PVC tavanlar geniş rəng və dizayn çeşidinə malik olduğundan dolayı, həm də tətbiq olunduğu evin və ya otağın ümumi görünüşünü artırır.

Mükəmməl izolyasiya xüsusiyyətlərinə görə tavan panellərinin PVC tərkibi enerji xərclərini azaltmağa kömək edir. Dekorativ pvc asma tavan panellərinin quraşdırılması və baxımı olduqca asandır. Xüsusilədə nəm yerlərdə mükəmməl alternativdir. Plastik tavanlar vanna otağı, tualet, mətbəx, zirzəmilər, qarajlar və bütün digər daxili məkanlarda tavan ötrükləri üçün ideal seçimdir.

Bütün bu məlumatların sonunda firmamız istədiyiniz zaman sizlərə bu xidməti təqdim etməyə hazırdır. Sektordakı təcrübəmiz və yüksək müştəri məmnuniyyətimiz bu baxımdan ən böyük qazancımızdır. Sifariş vermək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Bütün suallarınızı bizə yaza və ya zəng edib soruşa bilərsiz.


Ünvan

Bakı şəh., Nəsimi rayonu, Mirəli Qaşqay küç /18 Af-Com plaza təzə bazar 2-ci mərtəbə

WeCreativez WhatsApp Support
Bizim müştəri xidməti suallarınıza cavab verməyə hazırdır. Xahiş edirik sualınızı yazın!
? Salam, necə kömək edə bilərik?