Qapı və Pəncərə

PVC Qapı və Pəncərə İzolyasiyası

Qışda ev və ya müxtəlif yerləri qızdırma məqsədilə istifadə olunan təbii qaz və bununla yanaşı istifadə olunan kombi və yayda soyutma məqsədilə istifadə olunan kondisioner bu gün ən çox enerji sərf edən məişət istilik-soyutma vasitələrindən biridir. Bu enerjini minimuma endirmək üçün qısa müddət ərzində əldə edilə bilən qənaətlə əhəmiyyətli dərəcədə azaldıla bilər. Binalarda istifadə olunan enejinin 82%-i istilik üçün istifadə olunur.

Binalarda istifadə olunan istilik enerjisinin 28%-i pəncərələr vasitəsi ilə baş verir. Buda pula qənaət etmək üçün ən vacib sahə olan evlərdə istifadə olunan izolyasiya elementləri kimi PVC pəncərə sistemlərini ön plana çıxarır. PVC Qapı və Pəncərə sistemlərinin bu mənada ən böyük üstünlüyü izolyasiya funksiyalarına sahib olmasıdır. Siz ən az istilik itkisinə malik olan PVC materiallarından və düzgün şüşədən istifadə etməklə, büdcənizə qənaət etmiş olacaqsınız.

giyotin pəncərə sistemləri

İstilik və səs izolyasiyasına üstünlük verilərək istehsal edilən PVC pəncərələrin istifadəsi qənaətdə ən vacib addımlardan biridir. Mütəxəssislər tərəfindən quraşdırılmış və düzgün şüşə və profildən istifadə olunan bir PVC pəncərə ilə 50%-ə qədər qənaət edilə bilər. PVC Qapı və Pəncərə quraşdırılacaq yaşayış və ya iş yerində kəşfiyyat və ilkin təyinat aparılmalıdır. Bu araşdırma zamanı aşağıdakılar nəzərə alınmalıdır:

  • Pəncərə və ya qapının quraşdırılacağı binanın coğrafi vəziyyəti;
  • Küləyin istiqaməti və yüklənməsi;
  • Pəncərə və ya qapının aldığı yağış suyunun miqdarı;

Və bu kimi bir çox məlumatlar hesablanaraq, PVC pəncərə və ya qapının bütün xarici faktorları qiymətləndirilib və nəzərə alınmalıdır.

PVC pəncərə və ya qapı sistemlərində izolyasiya elementləri mövsümə uyğun olaraq hava və su sızıntılarının qarşısını alacaqdır. İstilik izolyasıyasına əlavə olaraq, səs izolyasiyası səs mənbələrinin yaxınlığına uyğun olaraq hesablanmalı və tənzimlənməlidir. Bu səbəbdən AMF şirkəti olaraq, sektordakı təcrübəmiz və peşekar komandamız ilə bərabər yüksək keyfiyyətli məhsullarımızla sizin xidmətinizdəyik.

Bütün bu məlumatların sonunda şirkətimiz istədiyiniz zaman sizlərə bu xidməti və məhsul növünü təqdim etməyə hazırdır. Sektordakı təcrübəmiz və yüksək müştəri məmnuniyyətimiz bu baxımdan ən böyük qazancımızdır. Sifariş vermək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Bütün suallarınızı bizə yaza və ya zəng edib soruşa bilərsiz.


Ünvan

Bakı şəh., Nəsimi rayonu, Mirəli Qaşqay küç /18 Af-Com plaza təzə bazar 2-ci mərtəbə

WeCreativez WhatsApp Support
Bizim müştəri xidməti suallarınıza cavab verməyə hazırdır. Xahiş edirik sualınızı yazın!
? Salam, necə kömək edə bilərik?