Qapı və Pəncərə

PVC Pəncərə Sistemləri-2022

20-ci əsrin son illərində həyatımıza daxil olan PVC pəncərə və qapı sistemləri kimyəvi terminologiyada Polivinil Xlorid və gündəlik danışıq dilində isə PVC profili olaraq təyin olunan, PVC sistemləri ağac və alüminiumla müqayisədə təmin etdikləri yüksək üstünlüklərə görə bu gün ölkəmizdə istifadə olunan pəncərələrin təxminən 80%-ni təşkil etməkdədir. PVC pəncərə və qapı sistemlərinin ilkin investisiya xərcləri ağac və alüminiumdan daha aşağı və əlverişli qiymətlərə malikdir. Lakin, pvc profildən istehsal olunan pəncərə və qapılar taxta qapı və pəncərələr kimi təmir xərcləri tələb etmir.

Binalarda istifadə olunan enerjinin 82%-i istilik məqsədləri üçün istifadə olunur və bu rəqəm ölkəmizdə istifadə olunan ümumi enerjinin 26%-nə uyğundur. Binalarda istilik itkisinin 40%-i xarici divarlardan, 30%-i pəncərələrdən, 17%-i çölə baxan bayır qapı və ya eyvan qapılardan, 7%-i dam örtüyündən, son oaraq 6%-i isə döşəmədən qaynaqlanır. Bu vəziyyət evlərdə pula qənaət etmək üçün ən əhəmiyyətli sahə və eyni zamanda evlərdə izolyasiya elementi olaraq istifadə olunan PVC sistemləri olaraq vurğulanır. Bu baxımdan, PVC qapı və pəncərə sistemlərinin ən böyük üstünlüyü izolyasiyanı təmin etməkdir.

Ən az istlik itkisi olan PVC ilə birlikdə doğru şüşə istifadə edilməsi vəziyyətində, ağac və alüminium sistemlərlə müqayisədə daha yüksək izolyasiya dəyərləri əldə edilərkən son istehlakçının qənaətini də artırır. PVC pəncərə sistemləri təmin etdikləri yüksək üstünlüklərlə yanaşı, estetik görüntüyə, istilik və səs izolyasiyası kimi xüsusiyyətlərə sahibdir. PVC pəncərələr tətbiq olunan evin memarlığından asılı olaraq, fərqli dizayn və rənglərdə istehsal edilə bilər. Həmçinin, PVC qapı və pəncərələrin qiymətləri də əlverişli və hər bir büdcəyə uyğundur.

PVC pəncərə və qapı sistemləri fərqli açılış və laminasiya örtük variantları ilə istehsal edilə bilər. Bütün bu məlumatların sonunda şirkətimiz istədiyiniz zaman sizlərə bu xidməti və məhsul növünü təqdim etməyə hazırdır. Sektordakı təcrübəmiz və yüksək müştəri məmnuniyyətimiz bu baxımdan ən böyük qazancımızdır. Sifariş vermək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Bütün suallarınızı bizə yaza və ya zəng edib soruşa bilərsiz.


Ünvan

Bakı şəh., Nəsimi rayonu, Mirəli Qaşqay küç /18 Af-Com plaza təzə bazar 2-ci mərtəbə

WeCreativez WhatsApp Support
Bizim müştəri xidməti suallarınıza cavab verməyə hazırdır. Xahiş edirik sualınızı yazın!
? Salam, necə kömək edə bilərik?
escort mersin