Digər

Məhəccərə Perilla Modelləri-2022

AMF Construction şirkəti olaraq, müştərilərimizin sifarişləri əsasında bir çox pilləkən məhəccərlər modelləri istehsal edirik. İstehsal etdiyimiz pilləkən məhəccərləri arasında paslanmayan pilləkən məhəccərləri, alüminium pilləkən məhəccərləri, şüşəli pilləkən məhəccərləri, dəmir pilləkən məhəccərləri və taxta pilləkən məhəccərləri vardır. Ümumiyyətlə pilləkənlərin, eyvanların və ya hovuz kənarlarına təhlükəsizliyi təmin etmək və bununla yanaşı estetika əlavə etmək üçün istifadə edilən məhsullara məhəccərlər deyilir.

İstifadə məqsədinə görə məhəccərlər müxtəlif modellərdə istehsal oluna bilər. Pilləkənlər və ya eyvanlardan başqa həmçinin, evlərdə, bağlarda, asma mərtəbələrdə və bir çox yerlərdə tez-tez məhəccərlərdən istifadə olunur. Müştərilərimizin sifarişləri əsasında tikinti materialı olaraq, məhəccərlərin istehsalında alüminium, taxta, dəmir və plastik materiallardan istifadə edirik.

Müştərilərimiz tərəfindən bu gün ən çox sifariş edilən məhəccərlər arasında alüminium məhəccərlərə daha çox üstünlük verilir. Bunun səbəbi isə alüminium materialın yüngül və asanlıqla sökülə bilməsidir. Məhəccər sistemlərində modələ görə qiymət dəyişsə də, alüminum məhəccərlər ən sərfəli modellər sırasındadır. Hər rəngdə istehsal oluna bildiyi üçün alüminium pilləkən məhəccərləri rəngli məhəccər istəyən müştərilərimizin ilk seçimləri arasındadır.

Bütün bu məlumatların sonunda şirkətimiz istədiyiniz zaman sizlərə bu xidməti və məhsul növlərini təqdim etməyə hazırdır. Sektordakı təcrübəmiz və yüksək müştəri məmnuniyyətimiz bu baxımdan ən böyük qazancımızdır. Sifariş vermək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Bütün suallarınızı bizə yaza və ya zəng edib soruşa bilərsiz.


Ünvan

Bakı şəh., Nəsimi rayonu, Mirəli Qaşqay küç /18 Af-Com plaza təzə bazar 2-ci mərtəbə

WeCreativez WhatsApp Support
Bizim müştəri xidməti suallarınıza cavab verməyə hazırdır. Xahiş edirik sualınızı yazın!
? Salam, necə kömək edə bilərik?