Faİz dərəcələrİ
Vətəndaşlar üçün Qaynar xətt
AZ2006008687

21 dekabr 2012-ci il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun Təmin edilmiş istiqrazlarının emissiya prospekti qeydiyyata alınmışdır.

Emissiyanın əsas parametrləri aşağıdakılardır:

- Dövlət qeydiyyat nömrəsi - AZ2006008687; 
- Qiymətli kağızın növü - təmin edilmiş, faizli; 
- Qiymətli kağızın forması - sənədləşdirilməmiş, adlı; 
- Buraxılışın həcmi - 40 000 000 (qırx milyon) manat; 
- İstiqrazların sayı - 40 000 (qırx min) ədəd; 
- Bir istiqrazın nominal dəyəri - 1 000 ( bir min) manat; 
- Tədavül müddəti - buraxılışda olan ilk istiqrazın yerləşdirilmə tarixindən etibarən 10 il; 
- İstiqrazlar üzrə illik faiz dərəcəsi - 3 (üç) %.

Bu günədək dövriyyəyə buraxılmış AZ2006008687 dövlət qeydiyyat nömrəli təmin edilmiş istiqrazların həcmi 40 mln. manat təşkil edir.

Yerləşdirmənin tarixi Yerləşdirmənin həcmi
28 dekabrt 2012 3,000,000
15 yanvar 2013 3,000,000
21 yanvar 2013 5,000,000
04 fevral 2013 3,000,000
13 may 2013 5,000,000
20 may 2013 10,000,000
03 iyun 2013 5,000,000
03 iyul 2013 3,000,000
23 avqust 2013 3,000,000
Cəmi: 40,000,000
Kupon ödənişi tarixləri
26 İyun 2013
23 Dekabr 2013
21 İyun 2014
18 Dekabr 2014
16 İyun 2015
13 Dekabr 2015
10 İyun 2016
7 Dekabr 2016
5 İyun 2017
2 Dekabr 2017
31 May 2018
27 Noyabr 2018
26 May 2019
22 Noyabr 2019
20 May 2020
16 Noyabr 2020
15 May 2021
11 Noyabr 2021
10 May 2022
6 Noyabr 2022
























İlk yerləşdirmə - 28.12.2012

28 dekabr 2012-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 40 mln. manat təşkil edən, AZ2006008687 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsinə başlanılmışdır və ilkin olaraq 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar nominal dəyərlə satışa çıxarılmışdır. 
Hərracda 2 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi dəfələrlə üstələyərək 20 988 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir. 

Növbəti yerləşdirmə-15.01.2013
15 yanvar 2013-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 40 mln. manat təşkil edən, AZ2006008687 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır. 

Hərracda 1 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (3 mln. manat) dəfələrlə üstələyərək 29 955 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.

Növbəti yerləşdirmə-21.01.2013

21 yanvar 2013-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 40 mln. manat təşkil edən, AZ2006008687 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.
Hərracda 2 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi dəfələrlə üstələyərək 32 920 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.

Növbəti yerləşdirmə-04.02.2013

04 fevral 2013-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 40 mln. manat təşkil edən, AZ2006008687 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.
Hərracda 3 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi dəfələrlə üstələyərək 46 889 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.

Növbəti yerləşdirmə-13.05.2013

13 may 2013-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 40 mln. manat təşkil edən, AZ2006008687 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.

Hərracda 2 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi üstələyərək 5 197 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.

Növbəti yerləşdirmə-20.05.2013
20 may 2013-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 40 mln. manat təşkil edən, AZ2006008687 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 10 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.
Hərracda 2 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi üstələyərək 10 371 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.

Növbəti yerləşdirmə-03.06.2013
03 iyun 2013-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 40 mln. manat təşkil edən, AZ2006008687 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.
Hərracda 2 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi üstələyərək 5 921 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.

Növbəti yerləşdirmə-03.07.2013
03 iyul 2013-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 40 mln. manat təşkil edən, AZ2006008687 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır. Hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.

Növbəti yerləşdirmə-23.08.2013
23 avqust 2013-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 40 mln. manat təşkil edən, AZ2006008687 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır. Hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.

İpoteka götürənlərİn sayı
1
8
4
9
7
Verilmiş ipoteka kreditləri üzrə məbləğ
762 404 200 keçib.
Müvəkkİl təşkİlatlar