Faİz dərəcələrİ
Vətəndaşlar üçün Qaynar xətt
AZ200400868

23 sentyabr 2011-ci il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun Təmin edilmiş istiqrazlarının emissiya prospekti qeydiyyata alınmışdır.

Emissiyanın əsas parametrləri aşağıdakılardır:

-    Dövlət qeydiyyat nömrəsi - AZ200400868 
-    Qiymətli kağızın növü - təmin edilmiş, faizli; 
-    Qiymətli kağızın forması - sənədləşdirilməmiş, adlı;    
-    Buraxılışın həcmi - 20 000 000 (iyirmi milyon) manat; 
-    İstiqrazların sayı - 20 000 (iyirmi min) ədəd; 
-    Bir istiqrazın nominal dəyəri - 1 000 ( bir min) manat; 
-    Tədavül müddəti - buraxılışda olan ilk istiqrazın yerləşdirilmə tarixindən etibarən 7 il; 
-    İstiqrazlar üzrə illik faiz dərəcəsi - 3 (üç) %.

Bu günədək dövriyyəyə buraxılmış AZ200400868 dövlət qeydiyyat nömrəli təmin edilmiş istiqrazların həcmi 20 mln. manat təşkil edir.  

Yerləşdirmənin tarixi Yerləşdirmənin həcmi
 04 oktyabr 2011 3,000,000
 18 oktyabr 2011  3,000,000
 01 noyabr 2011  5,000,000
 28 noyabr 2011  3,000,000
20 dekabr 2011  3,000,000
 23 fevral 2012  3,000,000
  Cəmi:   20,000,000
Kupon ödənişi tarixləri
01 Aprel 2012
28 Sentyabr 2012
27 Mart 2013
23 Sentyabr 2013
22 Mart 2014
18 Sentyabr 2014
17 Mart 2015
13 Sentyabr 2015
11 Mart 2016
07 Sentyabr 2016
06 Mart 2017
02 Sentyabr 2017
01 Mart 2018
28 Avgust 2018





 











Sonuncu yerləşdirmə-23.02.2011

23 fevral 2012-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 20 mln. manat təşkil edən, AZ200400868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının sonuncu 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır. 

Hərracda 3 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (3 mln. manat) dəfələrlə üstələyərək 36 497 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir. 
Beləliklə, bu istiqrazların dövriyyədəki həcmi 20 mln. manata çatmışdır.

Növbəti yerləşdirmə-20.12.2011
20 dekabr 2011-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 20 mln. manat təşkil edən, AZ200400868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır. 

Hərracda 2 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (3 mln. manat) üstələyərək 5 989 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir. 

Növbəti yerləşdirmə-28.11.2011
28 noyabr 2011-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 20 mln. manat təşkil edən, AZ200400868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır. 

Hərracda 3 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (3 mln. manat) üstələyərək 6 340 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir. 

Növbəti yerləşdirmə-01.11.2011
01 noyabr 2011-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 20 mln. manat təşkil edən, AZ200400868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır. 

Hərracda 4 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (5 mln. manat) üstələyərək 5 601 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir. 

Növbəti yerləşdirmə-18.10.2011
18 oktyabr 2011-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 20 mln. manat təşkil edən, AZ200400868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır. 

Hərracda 3 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (3 mln. manat) üstələyərək 3 394 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir. 

Ilk yerləşdirmə-04.10.2011
04 oktyabr 2011-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 20 mln. manat təşkil edən, AZ200400868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsinə başlanılmışdır və ilkin olaraq 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar nominal dəyərlə satışa çıxarılmışdır. Hərracda 2 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi üstələyərək 3 298 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir. 

İpoteka götürənlərİn sayı
1
9
2
7
9
Verilmiş ipoteka kreditləri üzrə məbləğ
810 199 080 keçib.
Müvəkkİl təşkİlatlar