Faİz dərəcələrİ
Vətəndaşlar üçün Qaynar xətt
AZ200100868

29 may 2009-cu il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun Təmin edilmiş istiqrazlarının emissiya prospekti qeydiyyata alınmışdır.

Emissiyanın əsas parametrləri aşağıdakılardır:

Dövlət qeydiyyat nömrəsi - AZ200100868
Qiymətli kağızın növü - təmin edilmiş istiqraz, faizli;
Qiymətli kağızın forması - sənədləşdirilməmiş, adlı;   
Buraxılışın həcmi - 55 000 000 (əlli beş milyon) manat;
İstiqrazların sayı - 55 000 (əlli beş min) ədəd;
Bir istiqrazın nominal dəyəri - 1 000 ( bir min) manat;
Tədavül müddəti - Buraxılışda olan ilk istiqrazın yerləşdirilmə tarixindən etibarən 7 il;
İstiqrazlar üzrə illik faiz dərəcəsi - 3 (üç) %.

Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazlarının 55 mln. manatlıq emissiyası uğurla başa çatmışdır. (Qiymətli kağızların emissiyasının yekunları haqqında hesabatın qeydiyyatı haqqında arayış)

Yerləşdirmənin tarixi Yerləşdirmənin həcmi
16 iyun 2009 15,000,000
14 iyul 2009 5,000,000
27 iyul 2009 5,000,000
24 avqust 2009 5,000,000
28 sentyabr 2009 3,000,000
8 oktyabr 2009 5,000,000
26 oktyabr 2009 3,000,000
2 noyabr 2009 3,000,000
24 dekabr 2009 5,000,000
11 yanvar 2010 3,000,000
15 yanvar 2010 3,000,000
Cəmi 55,000,000
Kupon ödənişi tarixləri
13 Dekabr 2009
11 İyun 2010
08 Dekabr 2010
06 İyun 2011
03 Dekabr 2011
31 May 2012
27 Noyabr 2012
26 May 2013
22 Noyabr 2013
21 May 2014
17 Noyabr 2014
16 May 2015
12 Noyabr 2015
10 May 2016



















İlk yerləşdirmə:-16.06.2009

16 iyun 2009-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun AZ200100868 dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 55 mln. manat, hərraca çıxarılan həcmi – 15 mln. manat, bir istiqrazın nominal dəyəri – 1 000 manat, ödənilmə tarixi 10 may 2009-cu il olan ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracda 8 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi üstələyərək 22  mln. manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm (15 mln. manat) tam yerləşdirilmişdir. İpoteka kreditləşməsinin gedişatından asılı olaraq tədricən bu istiqrazların qalan 40 mln. manatının da yerləşdirilməsi həyata keçiriləcəkdir.

Növbəti yerləşdirmə - 14.07.2009

14 iyul 2009-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun AZ200100868 dövlət qeydiyyat nömrəli təmin edilmiş istiqrazlarının növbəti 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.

Hərracda 4 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi 3 dəfədən çox üstələyərək 15 973 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm (5 mln. manat) tam yerləşdirilmişdir.

Beləliklə, dövriyyəyə buraxılmış təmin edilmiş istiqrazların həcmi 20 mln.manata çatmışdır

Növbəti yerləşdirmə - 27.07.2009

27 iyul 2009-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 55 mln. manat təşkil edən, AZ200100868 dövlət qeydiyyat nömrəli təmin edilmiş istiqrazların növbəti 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.

Hərracda 3 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi 2 dəfədən çox üstələyərək 10 977 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm (5 mln. manat) tam yerləşdirilmişdir.

Beləliklə, dövriyyəyə buraxılmış təmin edilmiş istiqrazların həcmi 25 mln. manata çatmışdır

Növbəti yerləşdirmə - 24.08.2009

24 avqust 2009-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 55 mln. manat təşkil edən, AZ200100868 dövlət qeydiyyat nömrəli təmin edilmiş istiqrazların növbəti 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.

Hərracda 2 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi üstələyərək 7 994 707 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm (5 mln. manat) tam yerləşdirilmişdir.

Beləliklə, dövriyyəyə buraxılmış təmin edilmiş istiqrazların həcmi 30 mln. manata çatmışdır.

Növbəti yerləşdirmə - 28.09.2009

28 sentyabr 2009-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 55 mln. manat təşkil edən, AZ200100868 dövlət qeydiyyat nömrəli təmin edilmiş istiqrazların növbəti 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.

Hərracda 4 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi üstələyərək 3 647 340 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm (3 mln. manat) tam yerləşdirilmişdir.

Beləliklə, dövriyyəyə buraxılmış təmin edilmiş istiqrazların həcmi 33 mln. manata çatmışdır.

Növbəti yerləşdirmə - 08.10.2009

Azərbaycan İpoteka Fondu bildirir ki, 08 oktyabr 2009-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 55 mln. manat təşkil edən, AZ200100868 dövlət qeydiyyat nömrəli təmin edilmiş istiqrazların növbəti 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.

Hərracda 8 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi üstələyərək 7 995 240 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm (5 mln. manat) tam yerləşdirilmişdir.

Beləliklə, dövriyyəyə buraxılmış təmin edilmiş istiqrazların həcmi 38 mln. manata çatmışdır.

Növbəti yerləşdirmə - 26.10.2009

Azərbaycan İpoteka Fondu bildirir ki, 26 oktyabr 2009-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 55 mln. manat təşkil edən, AZ200100868 dövlət qeydiyyat nömrəli təmin edilmiş istiqrazların növbəti 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.

Hərracda 4 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi üstələyərək 3 533 445 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm (3 mln. manat) tam yerləşdirilmişdir.

Beləliklə, dövriyyəyə buraxılmış təmin edilmiş istiqrazların həcmi 41 mln. manata çatmışdır.

Növbəti yerləşdirmə - 02.11.2009

02 noyabr 2009-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 55 mln. manat təşkil edən, AZ200100868 dövlət qeydiyyat nömrəli təmin edilmiş istiqrazların növbəti 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.

Hərracda 3 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (3 mln. manat) üstələyərək 4 296 193 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.

Beləliklə, dövriyyəyə buraxılmış təmin edilmiş istiqrazların həcmi 44 mln. manata çatmışdır.

Növbəti yerləşdirmə - 24.12.2009

24 dekabr 2009-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 55 mln. manat təşkil edən, AZ200100868 dövlət qeydiyyat nömrəli təmin edilmiş istiqrazların növbəti 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.

Hərracda 7 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (5 mln. manat) üstələyərək 9 929 097 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.

Beləliklə, dövriyyəyə buraxılmış təmin edilmiş istiqrazların həcmi 49 mln. manata çatmışdır.

Növbəti yerləşdirmə - 11.01.2010

11 yanvar 2010-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 55 mln. manat təşkil edən, AZ200100868 dövlət qeydiyyat nömrəli təmin edilmiş istiqrazların növbəti 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.

Hərracda 4 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (3 mln. manat) iki dəfədən çox üstələyərək 6 994 866 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.

Beləliklə, dövriyyəyə buraxılmış təmin edilmiş istiqrazların həcmi 52 mln. manata çatmışdır.

Növbəti yerləşdirmə - 15.01.2010

15 yanvar 2010-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 55 mln. manat təşkil edən, AZ200100868 dövlət qeydiyyat nömrəli təmin edilmiş istiqrazların son 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.

Hərracda 4 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (3 mln. manat) iki dəfədən çox üstələyərək 8 088 182 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.

Beləliklə, Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazlarının ilk emissiyası uğurla başa çatmışdır.

İpoteka götürənlərİn sayı
1
9
2
7
9
Verilmiş ipoteka kreditləri üzrə məbləğ
810 199 080 keçib.
Müvəkkİl təşkİlatlar