Faİz dərəcələrİ
Vətəndaşlar üçün Qaynar xətt
Strateji istiqamətlər

Ölkədə son illərdə yuksək iqtisadi inkişaf dinamikası, maliyyə sisteminin sürətlə böyüməsi, müxtəlif sahələrdə texniki tərəqqi Fondun qarşısında son yeniliklərə uyğunlaşmaq vəzifəsi yaratmışdır. Bununla əlaqədar olaraq, Fond tərəfindən aşağıdakı sahələrdə yeni prioritet istiqamətlər müəyyən edilmişdir:

  1. İpoteka kreditləri üzrə şərtlərin optimallaşdırılması və yeni ipoteka məhsullarının tətbiqi- İpoteka kreditləri üzrə mövcud şərtlərin təkmilləşdirlməsi, kreditin maksimal məbləği və faiz dərəcələrinin iqtisadi reallıqlara uyğunlaşdırılması Fond üçün mühüm əhəmiyyət kəsb edir.  Bununla yanaşı son dövrlərdə ipoteka kreditləşməsinə əhalinin marağının artması, yaşayış sahəsinə formalaşmış yüksək tələb, ödəniş qabiliyyətli müştəri bazasının artması yeni ipoteka məhsullarının  tətbiqini Fond üçün prioritet məqsədə çevirmişdir.
     
  2. Qanunverciliyin təkmilləşdirilməsi- İnkişaf etmiş ipoteka kreditləri sistemlərinin əsas cəhətlərindən biri mexanizmin normal fəaliyyətini təmin edən təkmil qanunvercilik bazasının mövcud olmasıdır. Bu baxımdan ölkədə ipoteka kreditləşməsi və ipoteka qiymətli kağızlar bazarı sahəsində qanunvericlik bazasının təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübənin tətbiqi Fondun növbəti dövrlərdə qarşısında duran prioritet istiqamətlərdəndir.
     
  3. İpoteka kreditləşməsində avtomatlaşdırmanın tətbiqi- Əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi, ipoteka kreditləşməsində bazar iştirakçıları arasında kağız daşıyıcılarında sənəd dövriyyəsinin azaldılması, kreditləşmə prosesində şəffaflığın təmin edilməsi məqsədilə gələcək dövrlərdə bu sahədə maksimal avtomatlaşdırmanın tətbiqi Fondun diqqət mərkəzində olacaqdır.
     
  4. İnstitusional idarəetmənin müasir praktikaya uyğunlaşdırılması- Fondun təşkilati yetkinliyinə görə ipoteka kreditləşməsi sahəsində qabaqcıl maliyyə institutlarına çatması üçün bir sıra institusional idarəetmə sistemlərinin ən muasir səviyyəyə catdırılması tələb olunur. Buraya əsasən daxili korporativ mühitin inkişafı, fəaliyyətin idarə olunması, habelə insan resurslarının, daxili dəstəkləyici xidmətlərin və risklərin idarə olunması sistemləri aiddir.
     
  5. Mənzil-tikinti sektoru üzrə uzunmüddətli vahid dövlət siyasətinin formalaşdırılması- ölkədə mənzil tikinti sektoru üzrə inkişaf planını, bu sahədə prioritetləri, yaxın illərdə tikilməsi və bərpası planlaşdırılan mənzil fondunun həcmini, əhalinin məskunlaşması üzrə dövlət siyasətini özündə cəmləşdirən vahid bir sənədin hazırlanmasına ehtiyac duyulur. Bu Fondun növbəti dövrlərdə fəaliyyət istiqamətlərinin və strateji hədəflərinin müəyyən edilməsi üçün zəruri əhəmiyyətə malikdir.
     
  6. İnsan kapitalının inkişafı – İnsan kapitalı Fondun missiyasının uğurla yerinə yetirilməsinin əsaslarından birini təşkil edir və bu səbəbdən institusional inkişafın təməlində dayanır. İpoteka kreditləşməsi mexanizmi özlüyündə maliyyə sisteminin bir sahəsi olaraq və mütəmadi yeniləşdiyi üçün Fondun kadr potensialının mövcud standartlara uyğunlaşdırılması mühüm prioritetlərdəndir. Bu dövrdə Fond tərəfindən insan inkişafını reallaşdıran və motivasiya edən təhsil, mükafatlandırma, karyera qurma və s. sistemlər müasir təcrübələrə uyğun yenidən qurulmalıdır.
İpoteka götürənlərİn sayı
1
8
1
6
2
Verilmiş ipoteka kreditləri üzrə məbləğ
741 325 449 keçib.
Müvəkkİl təşkİlatlar