Faİz dərəcələrİ
Vətəndaşlar üçün Qaynar xətt
"Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyəti aşağıdakı AÇIQ TENDERİ elan edir / 2016.12.08

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin bir sıra informasiya sistemlərinə, server və şəbəkə avadanlıqlarına 2017-ci ildə dəstək xidmətlərinin satın alınması ilə bağlı Açıq tender.

Açıq tender 3 (üç) lotdan ibarətdir:

Lot 1 - Onlayn ödənişlərin təmin edilməsi üzrə İnformasiya Mübadiləsi Moduluna dəstək xidməti;

Lot 2 - “Elektron İpoteka Sistemi”nə dəstək xidməti;

Lot 3 - Avtomatlaşdırılmış Baş Muhasibat Uçotu Sisteminə dəstək xidməti.

Lotlar üzrə bölünməyə yol verilir.

 

Lotlar üzrə iştirak haqları aşağıdakı kimidir:  

Lot 1 - 100 (yüz) AZN;

Lot 2 - 100 (yüz) AZN;

Lot 3 - 100 (yüz) AZN.

 

İştirak haqqı "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin aşağıdakı hesabına köçürülməlidir:

VÖEN: 1403502281

Hesab №: AZ57NABZ01360450000000005944 

Bank:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Kodu:  501004

VÖEN: 9900071001

Müxbir hesab: AZ74NABZ01451700000000001944

S.W.I.F.T  BIK: NABZAZ2C
 

İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün ərizə;
  2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  3. Tender təklifi;
  4. Hüquqi statusu və dövlət qeydiyyatını təsdiq edən sənədlərin (nizamnamə, dövlət qeydiyyat şəhadətnaməsi və ya reyestrdən çıxarış, VÖEN) notariat qaydasında təsdiq edilmiş surətləri, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri, bank rekvizitləri;
  5. Təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
  6. İddiaçının fəaliyyətinin axırıncı maliyyə ilinin vəziyyəti haqqında bank arayışı;
  7. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə müvafıq vergi orqanından arayış (Dövlət Sosial Müdafiə Fondu və Vergilər Nazirliyi);
  8. Açıq tenderin Əsas şərtlər toplusunda tələb olunan digər sənədlər və məlumatlar. 

İddiaçı təqdim edəcəyi xidmətlərin keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da əlavə edə bilər.

İştirak haqqının ödənilməsini təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən tenderin əsas şərtlər toplusunu almaq mümkündür. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.

 

Tender üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 11 yanvar 2017-ci il saat 18.00-dək, tələb olunan digər sənədlər isə 20 dekabr 2016-cı il saat 18.00-dək “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Tender zərfləri 12 yanvar 2017-ci il saat 15.00–da “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında açılacaqdır.

Tenderlə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (daxili 133) nömrəli telefona zəng etmək olar.  

Satınalmalar Komissiyası


İpoteka götürənlərİn sayı
1
8
4
9
7
Verilmiş ipoteka kreditləri üzrə məbləğ
762 404 200 keçib.
Müvəkkİl təşkİlatlar