Faİz dərəcələrİ
Vətəndaşlar üçün Qaynar xətt
"Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyəti aşağıdakı SATINALMANI elan edir / 2016.11.25

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinə aşağıdakı dəstək xidmətlərinin satın alınması ilə bağlı xidmət təkliflərinin cəlb olunmasını.

Satınalma 3 (üç) lotdan ibarətdir: 

Lot 1 - Avtomatlaşdırılmış Sənəd Dövriyyəsi İnformasiya Sisteminə dəstək xidməti;

Lot 2 - Lokal şəbəkəyə dəstək xidməti;

Lot 3 - “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin rəsmi veb səhifəsinə dəstək xidməti.

Lotlar üzrə bölünməyə yol verilir.

Lotlar üzrə iştirak haqları aşağıdakı kimidir:  

Lot 1 - 50 (əlli) AZN;

Lot 2 - 50 (əlli) AZN;

Lot 3 - 50 (əlli) AZN.

İddiaçı aşağıda sadalanan sənədləri təqdim etməlidir:

-       Satınalmada iştirak etmək üçün ərizə (hər Lot üzrə ayrı ərizə yazılmalıdır);

-       İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-       Satınalma təklifi;

-       İddiaçının hüquqi statusunu və iş təcrübəsini əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, lisenziya, VÖEN, bank rekvizitləri və s.);

-       Təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);

-       İddiaçının fəaliyyətinin axırıncı maliyyə ilinin vəziyyəti haqqında bank arayışı;

-       Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (Dövlət Sosial Müdafiə Fondu və Vergilər Nazirliyi).

İddiaçı təqdim edəcəyi xidmətlərin keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da təqdim edə bilər.

Xidmətin icra müddəti 12 aydır. Dəstək xidmətləri 24/7 vaxt rejimində Sifarişçinin inzibati binasında və Sifarişçinin Ehtiyat Mərkəzində göstəriləcəkdir.

İştirak haqqı "Azərbaycan İpoteka Fondu" ASC-nin aşağıdakı hesabına köçürülməlidir:

VÖEN: 1403502281

Hesab №: AZ57NABZ01360450000000005944

Bank:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Kodu:  501004

VÖEN: 9900071001

Müxbir hesab: AZ74NABZ01451700000000001944

S.W.I.F.T  BIK: NABZAZ2C
 

İştirak haqqının ödənilməsini təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən Xidmət təklifləri sorğusunu almaq mümkündür. Xidmət təklifləri Azərbaycan dilində tərtib edilməlidir.

Satınalma üzrə ilkin sənədlər 12.12.2016-cı il tarixinədək, təklif zərfləri isə 21.12.2016-cı il tarixinədək Cəmiyyətin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş təklif zərfləri açılmadan geri qaytarılacaqdır. Zərflər 22.12.2016-cı il tarixində saat 15.00-da Cəmiyyətin inzibati binasında açılacaqdır.

İddiaçılar ən azı bir gün əvvəl səlahiyyətli nümayəndəsinin adını yazılı surətdə Satınalmalar komissiyasına bildirməklə zərflərin açılmasında iştirak etməyə dəvət olunurlar. Bu zaman həmin şəxs  səlahiyyətlərini təsdiq edən müvafiq sənəd və ya vəkalətnamə təqdim etməlidir.

Satınalma ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (daxili 133) nömrəli telefona zəng etmək olar.

Satınalmalar Komissiyası


İpoteka götürənlərİn sayı
1
8
1
6
2
Verilmiş ipoteka kreditləri üzrə məbləğ
741 325 449 keçib.
Müvəkkİl təşkİlatlar