Faİz dərəcələrİ
Vətəndaşlar üçün Qaynar xətt
"Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyəti aşağıdakı AÇIQ TENDERİ elan edir / 2016.11.23

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin “Elektron ipoteka” sisteminin “Elektron hökumət” portalına inteqrasiyası ilə bağlı xidmətlərin satın alınmasına dair açıq tender.

Tenderdə iştirak haqqı 150 AZN-dir. İştirak haqqı "Azərbaycan İpoteka Fondu" ASC-nin aşağıdakı hesabına köçürülməlidir:

м/h: AZ74NABZ01451700000000001944, коd 501004, VÖEN (bankın) – 9900071001, S.W.I.F.T BİK NABZAZ2C, VÖEN (Cəmiyyətin) - 1403502281.

İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün ərizə;
  2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  3. Tender təklifi;
  4. Hüquqi statusu və dövlət qeydiyyatını təsdiq edən sənədlərin (nizamnamə, dövlət qeydiyyat şəhadətnaməsi və ya reyestrdən çıxarış, VÖEN) surətləri, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri, bank rekvizitləri;
  5. Təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
  6. İddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı;
  7. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə müvafıq vergi orqanından arayış (Dövlət Sosial Müdafiə Fondu və Vergilər Nazirliyi);
  1. Tenderin əsas şərtlər toplusunda tələb olunan digər sənədlər və məlumatlar.

İddiaçılar informasiya texnologiyalarının idarə edilməsi sahəsində peşəkarlığının, ən azı 2 il iş təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin olması barədə digər məlumatları da təqdim etməlidir.

İştirak haqqının ödənilməsini təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən tenderin əsas şərtlər toplusunu almaq mümkündür. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.

Tender üzrə ilkin sənədlər 15.12.2016-cı il tarixinədək, tender zərfləri isə 23.12.2016-cı il tarixinədək Cəmiyyətin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş tender zərfləri açılmadan geri qaytarılacaqdır. Zərflər 26.12.2016-cı il tarixində saat 15.00-da Cəmiyyətin inzibati binasında açılacaqdır.

İddiaçılar ən azı bir gün əvvəl səlahiyyətli nümayəndəsinin adını yazılı surətdə Satınalmalar komissiyasına bildirməklə zərflərin açılmasında iştirak etməyə dəvət olunurlar. Bu zaman həmin şəxs  səlahiyyətlərini təsdiq edən müvafiq sənəd və ya vəkalətnamə təqdim etməlidir.

Tenderlə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (daxili 133) nömrəli telefona zəng etmək olar.

Satınalmalar komissiyası


İpoteka götürənlərİn sayı
1
8
1
6
2
Verilmiş ipoteka kreditləri üzrə məbləğ
741 325 449 keçib.
Müvəkkİl təşkİlatlar