Sual 1. İpoteka kreditləri almaq üçün hara müraciət etmək lazımdır?
Müvəkkil Kredit Təşkilatlarına bax.
Sual 2. İlkin məlumatları və suallara cavab haradan almaq olar?
Müvəkkil Kredit Təşkilatlarında, sığorta və qiymətləndirici şirkətlərində Azərbaycan İpoteka Fondunda. İpoteka infrastrukturu genişləndikcə gələcəkdə ilkin məlumatları və xidmətləri İpoteka Agentliklərindən və Brokerlərdən də almaq olar.
Sual 3. İpoteka kreditləri hansı şərtlərlə verilir?
İpoteka kreditlərinin verilməsi şərtlərinə bax.
Sual 4. İpoteka kreditləri almaq üçün minimal əmək haqqına tələb varmı?
Xeyr, əmək haqqına minimal tələb qoyulmamışdır.
Sual 5. Borcalanın ilkin qiymətləndirilməsi üçün hansı sənədlər tələb olunur?
Bunun üçün heç bir sənədin təqdim olunması tələb olunmur. İlkin qiymətləndirmə zamanı yalnız müvafiq ərizənin doldurulması və müvafiq məlumatların təqdim edilməsi nəzərdə tutulur.
Sual 6. Kreditin alınması ilə bağlı borcalan hansı xərcləri ödəyir?
İpoteka kreditinin alınması ilə bağlı xərclərə bax.
Sual 7. Kreditin alınmasında yaş məhdudiyyəti varmı?
Kreditin son ödəniş tarixinə borcalanın və ya birgə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən (kişilər-62 yaş, qadınlar-57 yaş) çox olmamalıdır.Yəni, kredit müqaviləsi bağlanan ana borcalanın 50 yaşı varsa, müqavilə 12 ildən artıq müddətə bağlanıla bilməz.
Sual 8. Mülkiyyətındə yaşayış sahəsi olan şəxs ipoteka krediti ala bilərmi?
Məhtudiyyət qoyulmamışdır.
Sual 9. İpoteka krediti vasitəsi ilə rayonda yerləşən mənzil və ya ev almaq olarmı?
İpoteka kreditləşməsi Azərbaycan Respublikasının bütün ərazısini əhatə edir.
Sual 10. İpoteka kağızı və ipoteka istiqrazı nədir?
İpoteka kağızı – ipoteka hüququnu təsbit edən adlı qiymətli kağızdır. İpoteka istiqrazı isə maliyyə vəsaitlərinin cəlb olunması məqsədilə emissiya olunan və ipoteka ilə (daşınmaz əmlak) təmin edilmiş borc qiymətli kağızıdır.
Sual 11. İpoteka kağızının və istiqrazının buraxılışı kim tərəfindən həyata keçirilir?
İpoteka kağızı ipoteka qoyan ilə ipoteka saxlayan arasında tərtib olunur və dövlət qeydiyyatına alınır. İpoteka istiqrazı isə ipoteka saxlayan tərəfindən emissiya edilir.
Sual 12. İpoteka kağızı və ipoteka istiqrazları Fondun vəsaitləri ilə təmin edilirmi?
İpoteka kağızı və ipoteka istiqrazları ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan daşınmaz əmlakla təmin edilir.