1. KİRAYƏ QALMAQ VƏ YA İPOTEKA KREDİTINİ ALMAQ?
İpoteka kreditinin kirayədən üstünlüyünü müəyyən etmək üçün onları müqayisə etmək lazımdır.
| Kirayə | İpoteka |
- Vətəndaş öz mülkiyyətində olmayan mənzildə müvəqqəti yaşayır.
- Kirayəçi aylıq kirayə haqqı ödəyir.
- Mənzilin sahibinin istəyi ilə kirayə haqqı adətən artır (inflyasiya və s.)
- Mənzilin sahibi mənzili satdıqda kirayəçi bu mənzili tərk etməlidir.
- Mənzil bazarında qiymətlərin artması kirayəçinin yığım vasıtəsi ilə mənzil almasını mümkünsüz edir
| Vətəndaş şəxsi mülkiyyətində olan mənzildə daimi yaşayır.
Mənzilin sahibi aylıq, bərabər (annuitet) ödənişlər həyata keçirir.
Aylıq ödənişlərin məbləği dəyişməzdir və artırıla bilməz.
Mənzil bazarında qiymətlərin artması ipoteka krediti vasitəsi ilə alınmış mənzilin qiymətini artırır (aşağidaki misalda iki dəfə artım).
|
İpoteka kreditinin kirayədən üstünlüyünün qrafik şəkildə müqayisəsi.
2. İPOTEKA KREDİTİNİN MÜDDƏTDƏN ASILI OLARAQ SƏRFƏLİLİYİ
İpoteka krediti uzun müddətli kredit olduğundan borcalana yüksək məbləğ almaq imkanı verir. Kredit götürən şəxs yaşayış sahəsini əldə edir və aylıq gəlirinin 50 %-dən artıq olmayan məbləğini hər ay banka ödəyir. Kreditin uzunmüddətli olması borcalana çətinlik çəkmədən kredit öhdəliyini və öz tələbatlarını ödəməyə imkan verir. Eyni zamanda ödəniş müddətinin uzadılması müddıt ərzində faizlər üzrə ödəniləcək məbləği artırır. Kreditin müddətinin ödəniləcək məbləğə təsiri aşağıdakı cədvəldə göstərilir. Burada, kreditin məbləgi - 30000AZN, kreditin illik faiz dərəcəsi - 12% təşkil edir.
| Kreditin müddəti | Annuitet ödəniş | Müddət ərzində faizlər üzrə ödəniləcək məbləğ |
| 3 il | 996 | 5 856 |
| 5 il | 667 | 10 020 |
| 10 il | 430 | 21 600 |
| 15 il | 360 | 34 800 |
| 20 il | 330 | 49 200 |
| 25 il | 316 | 64 800 |
| 30 il | 309 | 81 240 |
3. İPOTEKA KREDİTİNİN FAİZ DƏRƏCƏSİNİN AZALDILMASININ ÖDƏNİŞƏ TƏSİRİ. İpoteka kreditinin faiz dərəcəsinin ödəniş məbləğinə təsiri aşağıdakı cədvəldə göstərilir. Burada, kreditin məbləği - 30 000 AZN, kreditin müddəti - 15 il təşkil edir.
| Kreditin % dərəcəsi | Annuitet ödəniş |
| 12 | 360 |
| 11 | 340 |
| 10 | 322 |
| 9 | 304 |
| 8 | 286 |
Göründüyü kimi, ipoteka krediti üzrə faiz dərəcəsinin azalması aylıq annuitet ödənişin azalmasına nisbətən təsir edir və ümumi ödəmə yükünü o qədər də azaldmır. Eyni zamanda iqtisadi nəzəriyyə və beynalxalq praktika baxımından ipoteka kreditləri üzrə müəyyənləşən faiz dərəcələrinə təsir edən fundamental maliyyə amilləri mövcuddur. Azərbaycanda ipoteka kreditlərinə təsir edən maliyyə amilləri aşağıdakı qrafikdə göstərilib:
4. ANNUİTETİN HESABLANMASI.Annuitet ödənişlər- borcun ödənilməsinə yönəldilmiş müntəzəm bərabər aylıq ödənişlərdir. Bu ödənişlər aylar üzrə elə hesablanır ki, kreditin ödəniş müddətinin sonunda borc tamamilə ödənilmiş olsun. Annuitet ödəniş aşağıdakı düstur ilə hesablanır.
Burada:Pm – kredit üzrə aylıq ödənişin məbləği;
D - kreditin ödənilməmiş hissəsi;
r – kredit müqaviləsi ilə müəyyən edilmiş illik faiz dərəcəsi (%);
n – kreditin ödənilməsinə qalmış aylar.