Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu (AİF) ilə Beynəlxalq Maliyyə Korporasiyası (BMK) arasında Fondun funksional, o cümlədən maliyyə bazarlarına çıxış imkanlarının genişləndirilməsi, onun investisiya cazibədarlığının artırılması və gələcək hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində məsləhət xidmətlərinin göstərilməsi ilə bağlı 16 iyun 2008-ci il tarixində Əməkdaşlıq sazişi imzalanmışdır. Məsləhət xidmətlərinin göstərilməsi iki fazadan - Fondun gələcək inkişafının strateji istiqamətlərinin müəyyənləşdirilməsi və Əməliyyat (biznez) planının hazırlanmasından - ibarətdir. Layihənin icrasını BMK tərəfindən tender əsasında seçilmiş Frankfurt Maliyyə və İdarəçilik Məktəbi (FSFM) həyata keçirir.






