Azərbaycan İpoteka Fondu ipoteka kreditləşməsi təcrübəsinin öyrənilməsi və bu sahədə mütərəqqi tendensiyaların izlənilməsini və informasiya mübadiləsinin təmin edilməsi məqsədilə bir sıra mühüm beynəlxalq təşkilatların üzvüdür. Belə ki, AİF 01 mart 2007-ci il tarixində Beynəlxalq Mənzil Tikintisi və İpoteka Kreditləşməsi Fondları Assosiasiyana (MAİF), 17 aprel 2008-ci il tarixində Beynəlxalq Mənzil Maliyyələşməsi Birliyinə (IUHF) və 08 iyul 2008-ci il tarixində Mənzil Araşdırması üzrə Avropa Şəbəkəsinə (ENHR) üzv qəbul olunmuş və bu təşkilatlar çərçivəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.






