Strateji məqsədlərə nail olmaq üçün xüsusi diqqət ipoteka kreditləşməsi mexanizminin bazar şərtlərinə mərhələli uyğunlaşdırılmasının təmin edilməsi, dövlətin maliyyə vəsaitlərindən asılılığı azaltmaq üçün Fond tərəfindən digər mənbələrdən maliyyə vəsaitlərinin cəlb olunması, bazar iştirakçıları tərəfindən işin daha təkmil qurulması, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi, Fondun ipoteka bazarında rəqabət qabiliyyətinin artırılmasını təmin etmək üçün dövlət dəstəyinin müəyyənləşdirilməsi, potensial investorlarla işin səmərəli qurulması məqsədilə Fondun statusunun müəyyənləşdirilməsi və institusional inkişafı istiqamətində müvafiq işlərin görülməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi müəyyən olunmuşdur. Ümumilikdə Fondun növbəti dövrlərlərdə fəaliyyəti üç əsas istiqamət üzrə qurulacaqdır:
- Təkrar ipoteka bazarının formalaşdırılması
- İlkin ipoteka bazarın təkmilləşdirilməsi
- Fondun institusional inkişafının davam etdirilməsi






